Fransa Senatının qətnaməsinə qarşı petisiyanı imzalayanların sayı 80.000 nəfərə çatıb.
Fransa Senatında Azərbaycana qarşı irəli sürülən qətnamənin baxılmasına son 10 gün qalıb.
Bu sənəddə ölkəmizə qarşı ittihamlar, Fransa hökumətinə və digər Avropa ölkələrinə “Azərbaycandan qaz və neft idxalına embarqo” qoyulmasına dair çağırışlar əks olunub.
Buna cavab olaraq, Azərbaycanın sıravi vətəndaşları həmin layihəyə qarşı hazırladıqları petisiyanı Fransanın Mesopinions.com saytında yerləşdiriblər. Həmin sənədi artıq 80.000 nəfər imzalayıb. Onlarla tanınmış şəxslər bu işə dəstək olublar. Türkiyə, İsrail, İran, Qazaxıstan, Özbəkistan və Qırğızıstanda fəaliyyət göstərən kütləvi informasiya vasitələri petisiyanın yayılmasına öz töhfələrini veriblər.
Ermənipərəst qüvvələrin ölkəmizə qarşı yağdırdıqları ittihamlara xarici ölkələrdə yaşayan həmvətənlərimiz də biganə qalmayıblar. Onlar Bakı, Moskva, Astana, Köln və Bişkekdə yerləşən Fransa səfirliklərinin və konsulluqlarının önündə aksiyalar keçiriblər.
Gəncəxəbər.az redaksiyası olaraq hər kəsi həmrəy olmağa dəvət edirik. Petisiyanın daha çox insan tərəfindən görülməsi və imzalanması üçün dəstək göstərək və paylaşaq.
PETİSİYANIN AZƏRBAYCAN DİLİNDƏ İMZALANMA QAYDASI
PETİSİYANIN RUS DİLİNDƏ İMZALANMA QAYDASI
PETİSİYANIN TÜRK DİLİNDƏ İMZALANMA QAYDASI
PETİSİYANIN FARS DİLİNDƏ İMZALANMA QAYDASI
Səsimizi Avropada eşitdirmək üçün daha çox dəstəyə ehtiyacımız var. Biz birlikdə güclüyük! Öz səsinlə Azərbaycanı qoru!
Petisiyanın daha çox yayılması üçün bu heşteqlərdən istifadə edək:
#BizAzərbaycanıq #AzərbaycanıQoruyaq