19.7 C
Gence
18.5 C
Ganja

Petisiyanı imzalayanların sayı 90.000-i ötdü – sən hələ də imzalamamısan?

Gəncə sakininin həmmüəllifi olduğu petisiyanı 90.000-dən çox adam imzalayıb.

Fransa Senatında Azərbaycana qarşı irəli sürülən qətnamənin baxılmasına son 1 həftə qalıb.

Bu sənəddə ölkəmizə qarşı ittihamlar, Fransa hökumətinə və digər Avropa ölkələrinə “Azərbaycandan qaz və neft idxalına embarqo” qoyulmasına dair çağırışlar əks olunub.

Buna cavab olaraq, Azərbaycanın sıravi vətəndaşları həmin layihəyə qarşı hazırladıqları petisiyanı Fransanın Mesopinions.com saytında yerləşdiriblər. Onlarla tanınmış şəxslər bu təşəbbüsə dəstək olublar. Türkiyə, İsrail, İran, Qazaxıstan, Özbəkistan və Qırğızıstanda fəaliyyət göstərən kütləvi informasiya vasitələri petisiyanın yayılmasına öz töhfələrini veriblər.

Ermənipərəst qüvvələrin ölkəmizə qarşı yağdırdıqları ittihamlara xarici ölkələrdə yaşayan həmvətənlərimiz də biganə qalmayıblar. Bakı ilə yanaşı, onlar Moskva, Astana, Köln və Bişkekdə yerləşən Fransa səfirliklərinin və konsulluğunun önündə aksiyalar keçiriblər.

Gəncəxəbər.az redaksiyası olaraq hər kəsi həmrəy olmağa və bu işə biganə yanaşmamağa dəvət edirik. Petisiyanın daha çox insan tərəfindən görülməsi və imzalanması üçün dəstək göstərək və paylaşaq.

PETİSİYANIN AZƏRBAYCAN DİLİNDƏ İMZALANMA QAYDASI

PETİSİYANIN RUS DİLİNDƏ İMZALANMA QAYDASI

PETİSİYANIN TÜRK DİLİNDƏ İMZALANMA QAYDASI

PETİSİYANIN FARS DİLİNDƏ İMZALANMA QAYDASI

Səsimizi Avropada eşitdirmək üçün daha çox dəstəyə ehtiyacımız var. Biz birlikdə güclüyük! Öz səsinlə Azərbaycanı qoru!

Petisiyanın daha çox yayılması üçün bu heşteqlərdən istifadə edək:

#BizAzərbaycanıq #AzərbaycanıQoruyaq