Gəncədə pediatrlar bir araya gəliblər. Bu haqda 11 aprel tarixində birləşmiş xəstəxanaya istinadən məlumat veririk.
Azərbaycan Pediatriya Cəmiyyətinin növbəti regional iclası şəhərimizdə keçirilib. Burada Gəncə Şəhər Birləşmiş Xəstəxanasının da pediatrları iştirak ediblər.
Tədbirdə “Peyvənd tərəddüdü və peyvəndlə əlaqəli problemlərimiz”, “Uşaqlarda vitamin, mineral və dəmir çatışmazlığı”, “Sıx qarşılaşan yanlış diaqnozlar”, “Probiotiklərin pediatriyada rolu”, “Üst tənəffüs yolu infeksiyaları” kimi aktual mövzular müzakirə olunub.