10.3 C
Gence
0.5 C
Ganja

Peşə Təhsil Mərkəzinin müəllimlərinə sertifikat təqdim edilib

Gəncədə müəllimlər təltif olunublar. Bu haqda 1 noyabr tarixində Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinə istinadən məlumat veririk.

Avropa İttifaqının maliyyələşdirdiyi və BMTİP-nin icra etdiyi “Gələcək üçün Peşə təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində “Sahibkarlıq düşüncəsi və praktiki biznes bacarıqları üzrə təlim proqramı” baş tutub.

Təlimə Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin “Sahibkarlıq” modul müəllimləri Pərvanə Babayeva və Lalə Vəliyeva da qatılıblar. Onlar uğurlu iştiraklarına görə sertifikatla təltif ediliblər.

Ən Çox Oxunan