Peşəkar Futbol Liqasının rəhbərliyi Gəncəyə səfər edib. Bu haqda 10 sentyabr tarixində Report-a istinadən məlumat veririk.
Nümayəndələr qəzalı vəziyyətdə olan şəhər stadionunun hazırkı vəziyyəti ilə yerində tanış olublar. Klubun İdarə Heyətinin sədri İlqar Nadiri qonaqlara görülən işlər və futbol akademiyasının tikintisi barədə məlumat verib. PFL və “Kəpəz” rəhbərliyi mövcud durumla bağlı fikir mübadiləsi aparıblar.
