Gəncədə “Payız Nəğmələri” adlı konsert keçiriləcək. Bu haqda Gencexeber.az 28 oktyabr tarixində məlumat verir.
Tədbir Gəncə Dövlət Filarmoniyasında baş tutacaq. Burada Azərbaycan Respublikasının Xalq artistləri Siyavuş Kərimi və Azər Zeynalov çıxış edəcəklər.
Konsert 23 və 25 noyabr saat 19:00-da başlayacaq. Biletləri Filarmoniyanın kassalarından əldə edə bilərsiniz.