20.8 C
Gence
14.5 C
Ganja

“Patı”nın onlayn satışı ilə məşğul olan Gəncə sakini saxlanılıb

Sosial şəbəkələrdə onlayn yolla narkotik maddələrinin satışı ilə məşğul olan Gəncə şəhər sakini Bakıda saxlanılıb. Bu haqda bu gün, 31 iyul DİN-dən məlumat verilib.

Axtarış zamanı Elşad Quliyevin üzərindən və onun avtomobilindən 22 bükümdə heroin, metamfetamin və elektron tərəzi aşkar edilərək götürülüb. Quliyev narkotikləri xarici vətəndaşdan aldığını və həmin maddələri satdığını etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb.

Bundan əvvəl, 30 iyul tarixində Gəncədə 3 nəfər metamfetamin və digər narkotik maddə istifadəsində şübhəli bilinərək saxlanılmışdır.