5.8 C
Gence
5.8 C
Gence

“Pasyolka”dakı yanğında 3 FHN işçisi tüstüdən zəhərlənib

Gəncədə baş vermiş yanğınla bağlı təfərrüatlar məlum olub. Bu haqda Gencexeber.az-a 1 sentyabr tarixində məlumat daxil olub.

Dünən axşam saatlarında “Pasyolka” adlanan ərazidə, Əziz Nəzərov küçəsində yanğın hadisəsi baş verib. Burada 3 nəfər Fövqəladə Hallar Nazirliyinin əməkdaşı tüstüdən zəhərlənib. Həmçinin yanğın başlayan yerin yanındakı blokda yaşayan qadın və iki azyaşlı uşaq tüstü səbəbi ilə özlərini pis hiss etdikləri üçün təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Ümumilikdə 18 nəfər mənzillərdən çıxarılaraq təhlükəsiz əraziyə təxliyə olunub.

Xatırladaq ki, alov dördmərtəbəli binaya bitişik artırmalarda başlayıb. Əraziyə 9 yanğınsöndürən briqadası və təcili tibbi yardım avtomobilləri cəlb olunmuşdur.

Ən Çox Oxunan