Gəncədə yanğın hadisəsi baş verib. Bu haqda 1 may tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə şəhərin Cavad xan küçəsində qeydə alınıb. Evin qarşısında park olunmuş “Daewoo Nexia” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Əraziyə FHN-nin Yanğından Mühafizə İdarəsinin yanğınsöndürmə maşınları və əməkdaşları cəlb olunublar. Yanğın qısa zamanda söndürülüb. Alovun digər hissələrə yayılmasının qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.