14.7 C
Gence
14.7 C
Gence

Parkın ərazisi naməlum şəxslər tərəfindən qazılıb

Gəncədə bəzi sakinlər binalarının qarşısının qazılmasından narazıdırlar. Bu haqda 24 noyabr tarixində Belediyye.net-ə istinadən məlumat veririk.

Sözügedən hal şəhərin Nəriman Nərimanov küçəsində müşahidə olunur. Buradakı 2 nömrəli binanın sakinləri bildirir ki, ərazidəki istirahət parkı naməlum adamlar tərəfindən qazılıb, lakin yarımçıq saxlanılıb. Bu hadisə 12 il öncə olub. Onların sözlərinə görə, ərazidə obyekt tikintisi aparılacaqmış.

“Burada uşaq meydançası var idi, balacalar əylənirdilər. Parkda skamyalar, yelləncəklər qoyulmuşdu. Biz yaşlılar çıxıb otururduq, uşaqlar əylənirdi. İndi bura bərbad vəziyyətdədir:heyvanların cəsədləri, digər tullantılar gətirib atırlar. Biz pəncərələri aça bilmirik. Antisanitar vəziyyət yaranıb, yayda üfunət iyi bürüyür hər yanı”, – deyə sakinlər bildirirlər.

Onlar ərazinin təmizlənərək, burada yenidən istirahət parkı salınmasını arzu edirlər.

Ən Çox Oxunan