12:00 – Yenilənib
Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən, yüksək temperaturdan yaxınlıqda park edilmiş “Volkswagen” markalı minik avtomobilinin ön hissəsi qarsalanıb.
Maşının qalan hissəsi alovdan mühafizə olunub. Yanğın FHN-in əməkdaşları tərəfindən söndürülüb.
10:29
Gəncədə avtomobil alışıb. Bu haqda 8 fevral tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə şəhərin Aydınbəyov küçəsində qeydə alınıb. Yaşayış binasının qarşısında park edilmiş minik avtomobilində anidən yanğın baş verib. Əraziyə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.
Avtomobil tamamilə yanıb. Yaxınlıqdakı evlər və avtomobillər alovdan mühafizə edilib. Yanğının başvermə səbəbləri araşdırılır.