19.7 C
Gence
18.5 C
Ganja

Pandemiya səbəbindən dayandırılan reyslərin bərpası müzakirə olunub

Gəncədən paytaxta və Naxçıvana olan reyslərin bərpası müzakirə predmetinə çevrilib. Bu haqda məlumatı iyunun 17-si Qafqazinfo-ya istinadən veririk.

Milli Məclisdə Gəncə-Bakı-Gəncə, Gəncə-Naxçıvan-Gəncə təyyarə reyslərinin bərpa olunması təklif edilib. Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev öz çıxışı zamanı deyib.

“Bu gün Gəncə-Bakı-Gəncə, Gəncə-Naxçıvan-Gəncə təyyarə reysləri üzrə uçuşlar həyata keçirilmir. Artıq pandemiya bitib. Düşünürəm ki, bu məsələyə AZAL tərəfindən, aidiyyəti qurumlar tərəfindən baxılsa, çox yaxşı olar” – deyə deputat əlavə edib.