5.8 C
Gence
5.8 C
Gence

Pakistan şirkətləri Gəncənin tikinti sektoruna daxil olmaq istəyir

Pakistan şirkətləri Gəncənin tikinti sektorunda yer almaq istəyir. Bu haqda məlumatı iyunun 11-i Gancapost.info-ya istinadən veririk.

Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq Palatasının sədri Hurram Bhattin Bakıda Pakistanın biznes imkanlarına həsr edilmiş tədbir zamanı açıqlama verib. O, ortaq müəssisələrin yaradılmasına münasibət bildirib.

“Pakistandan Azərbaycana gələn şirkətlər azad edilmiş ərazilərdə, Bakıda, Gəncədə tikinti layihələrində maraqlıdırlar. Bununla yanaşı, əczaçılıq sahəsində də ortaq müəssisələrin yaradılması gözlənilir” – deyə Hurram Bhattin əlavə edib.

Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən Pakistan şirkətlərinin sayı 2 238-dir. Pakistan Azərbaycanın qeyri-neft sektoruna 4,2 milyon ABŞ dolları məbləğində investisiya yatırıb.

Ən Çox Oxunan