İctimai birliklərdən biri qadınları təltif edib. Bu haqda 21 aprel tarixində “Gələcək Naminə” İctimai Birliyinə istinadən məlumat veririk.
“Gələcək Naminə” İctimai Birliyi tərəfindən “Qadınların Sahibkarlıq və İcma İnkişafı” Forumunda ölkədə qadın sahibkarlığının inkişafı, qadınların sosial-iqtisadi qayğılarının həllində, həmçinin icma sahəsində böyük töhfəsi olan dəyərli xanımların təltifetmə mərasimi baş tutub. Burada Gəncənin millət vəkili və ictimai mərkəz rəhbəri də yer alıblar.
Beləliklə, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Pərvin Kərimzadə və Gəncə Regional Qadın Mərkəzinin rəhbəri Məleykə Əlizadə təltif olunublar.