Gəncədə daha bir meydança yararsız hala düşüb. Bu haqda Gencexeber.az-a 30 iyul tarixində məlumat daxil olub.
Muxtar Hacıyev kimi tanınan, yeni adı isə Aida İmanquliyeva olan küçədə yerləşən meydança sınıq-salxaq vəziyyətdədir. Çoxmənzilli binaların kiçik sakinlərinin asudə vaxtının səmərəli keçirilməsi üçün yaradılan guşə tərk edilmiş əraziyə bənzəyir.
Futbol oyunu üçün hasarlanmış meydançanın dəmirləri çürüyüb, çəpər isə bir çox yerdə zədələnib. Döşəməsi isə nahamar, daşlı və köhnə asfalt örtüyündən ibarətdir.
