5.8 C
Gence
5.8 C
Gence

“Osmanlı” restoranında nöqsanlar aşkar edilib

Gəncədə restoran cərimələnib. Bu haqda məlumatı aprelin 26-sı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər veririk.

Qurumun müfəttişləri nəzarət tədbirlərini həyata keçiriblər. Nəticədə Atatürk prospekti, ev 226A ünvanında fəaliyyət göstərən “Osmanlı” restoranında nöqsanlar aşkar olunub.

Fiziki şəxs Mehmet Halis Ayaza məxsus ictimai iaşə obyektində mal qonşuluğu prinsipinə, sanitariya norma və qaydalarına, gigiyena normativlərinin tələblərinə əməl olunmadığı məlum olub.

Faktla bağlı icrası məcburi göstərişlər verilib və sahibkar barəsində inzibati tədbir görülüb.

 

Ən Çox Oxunan