13 C
Gence
13 C
Gence

Olimpiya İdman Kompleksində boks üzrə zona birinciliyi baş tutub

Gəncədə zona birinciliyi keçirilib. Bu haqda 18 mart tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.

Boks üzrə birincilik Təhsil Respublika İdman Mərkəzi tərəfindən Olimpiya İdman Kompleksində təşkil olunub. Burada 2009-2010 təvəllüdlü idmançılar güclərini sınayıblar. Yarışda Gəncə, Bakı və Sumqayıtdan ümumilikdə 88 boksçu 6 komandanın tərkibində mübarizə aparıb.

Birincilikdə ilk üç yeri tutan idmançılar Balakəndə keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Ən Çox Oxunan