19.1 C
Gence
19.1 C
Gence

Oktyabr ayının 1-dən bəzi sahələrin fəaliyyəti bərpa olunur

Nazirlər Kabinetinin qərarına əsasən oktyabrın 1-dən bəzi sahələrin fəaliyyəti bərpa olunur. Bu barədə Operativ Qərərgah yeni qərar qəbul edib.

Qərara əsasən istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla), ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə mədəniyyət obyektlərinin (konsert zalları daxil olmaqla), eləcə də konfrans zallarının, kinoteatrların, teatrların, fəaliyyəti bərpa olunur.

Bu sahələr saat 00:00-dək xidmət göstərəcək və qapalı məkanlarda göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız kovid pasportunu sahib olduqları halda istifadə edə bilərlər. Müəyyən səbəblərdən peyvənd oluna bilməyən şəxslər COVID-19 pasportu tələb olunan məkanlara əldə etdikləri COVID-19 infeksiyası əleyhinə peyvəndə əks göstəriş sertifikatı ilə daxil ola bilərlər.

Həmçinin, həftəsonu ictimai nəqliyyata qoyulan qadağa da 1 oktyabr tarixindən aradan qaldırılacaq.

Ən Çox Oxunan