Gəncədən Odessaya uçuşlar başlayacaq. Bu barədə “avianews.com” saytında məlumat verilib.
Ukraynanın “Bees Airline” aviaşirkətinin ilk reysi 6 dekabr 2021-ci ildə baş tutacaq. Mütəmadi reyslər hər həftənin birinci günləri həyata keçiriləcək.
Şirkətin saytında qeyd olunan məlumata əsasən, biletlər 84 dollardan başlayacaq.