Gəncə sakinləri oğurluğa görə saxlanılıblar. Bu haqda 4 sentyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər veririk.
Hadisə gecə saatlarında Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində baş verib. “QAZ-31029” markalı avtomobil qaçırılıb. Polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə Gəncə şəhər sakinləri Tural Məmmədov və əvvəllər məhkum olunmuş Vasif Niyazlı şübhəli bilinərək saxlanılıblar.
Sorğu zamanı onların həmin gecə Yeni Qızılca kəndi ərazisində yerləşən mal-qara bazarından qoyun oğurlamaları da müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.