25.3 C
Gence
19.5 C
Ganja

Oğurladığı heyvanları Gəncədə gizlədən şəxs yaxalanıb

İribuynuzlu heyvanları oğurlayan şəxs mal-qaranı Gəncədə gizlədib. Bu haqda məlumatı avqustun 1-i Apa-ya istinadən veririk.

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə Ramin Yusibov saxlanılıb. Məlum olub ki, o, iyul ayı ərzində ümumi dəyəri 10.000 manat olan 6 baş iri buynuzlu mal-qaranı oğurlayıb və Gəncədə yaşayan qayınanasının evində gizlədib.

Bundan başqa, Yusibov Kərəmli kəndindəki otlaq sahədən daha bir vətəndaşa məxsus ümumi dəyəri 2000 manat olan 2 baş iribuynuzlu mal-qaranı oğurlayaraq satıb.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməllərini etiraf edib.  Faktla bağlı araşdırmalar davam etdirilir.