19 C
Gence
19 C
Gence

İntihara cəhd edən şəxs fikrindən daşındırılıb

Gəncədə 13 oktyabr tarixində intihara cəhd hadisəsi qeydə alınıb. Bu haqda Gencexeber.az APA-ya istinadən məlumat verir.

Hadisə Nizami Gəncəvi məqbərəsinin yanında körpünün üstündə baş verib. 30 yaşlı Goranboyun Gülməmmədli kənd sakini Elvin Mustafayev özünü körpüdən atmaq istəyib. O, həmin vaxt sərxoş olub.

Əraziyə polis və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib. O, uzun sürən söhbətdən sonra fikrindən daşınıb.

Məlum olub ki, vətəndaş darvaza ustasıdır. Onun işlədiyi obyekt sahibinə 500 manat borcu olduğu üçün bu yola əl atıb. Hadisə yerinə obyektin sahibi gəlib və ustanın borcunu bağışladığını deyib.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan