5.8 C
Gence
5.8 C
Gence

İntihara cəhd edən direktor vəzifəsindən azad olunub

Gəncədə məktəb direktoru işdən çıxarılıb. Bu haqda 5 noyabr tarixində Apa-ya istinadən məlumat veririk.

Söhbət şəhərin İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbinin direktoru Mətanət Qarayevadan gedir. Onun hansı səbəbdən vəzifəsindən azad olunduğu hələlik məlum deyil.

Xatırladaq ki, direktor 22 iyun tarixində intihara cəhd etmişdi. Təhsil idarəsinin ona təzyiqlər göstərməsi səbəbindən bu addımı atması ilə bağlı yayılan məlumat Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən araşdırılmışdır. İdarə qadının təzyiqlərə məruz qalması haqda məlumatların həqiqəti əks etdirmədiyini, həmçinin məktəbdə bir sıra pozuntular aşkar edildiyini açıqlamışdı.

 

Ən Çox Oxunan