14.7 C
Gence
14.7 C
Gence

İntihara cəhd edən 72 yaşlı qadın vəfat edib

Gəncədə intihara cəhd edən qadın dünyasını dəyişib. Bu haqda məlumatı iyunun 30-u Qafqazinfo-ya istinadən veririk.

Hadisə dünən şəhərin Məhsəti qəsəbəsində baş verib. 72 yaşlı M.Qurbanova yaşadığı evdə özünü asıb. Qadın yaxınları tərəfindən dərhal xəstəxanaya çatdırılıb.

Bu gün Qurbanova xəstəxanada vəfat edib. Onun hansı səbəbdən intihar etməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan