Gəncənin basketbol klubu növbəti tur oyununa hazırlaşır. Bu haqda 18 aprel tarixində Azərbaycan Basketbol Federasiyasına istinadən məlumat veririk.
“Gəncə BK” “NTD BK” komandasına qarşı oynayacaq. Matç 22 aprel tarixində saat 15:00-da Gəncə Olimpiya İdman Kompleksində baş tutacaq.
Oyun Azərbaycan Basketbol Liqasının XXVII turu çərçivəsində keçiriləcək. Matçı Azərbaycan Basketbol Federasiyasının Youtube kanalında canlı yayımda izləmək mümkün olacaq.