İnsan alverində şübhəli bilinən qadın axtarışa verilib. Bu haqda avqustun 16-sı Tia.az saytına istinadən məlumat veririk.
35 yaşlı Gəncə şəhər sakini Ruhəngiz Şükür qızı Orucova axtarılır. O, azərbaycanlı qızları ölkə hüdudlarından kənarda cinsi istismara məcbur etməkdə şübhəli bilinir.
Qadın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsində Cinayət Məcəlləsinin 144-1 (insan alveri) maddəsi ilə cinayət işi açılıb.