15.3 C
Gence
12.5 C
Ganja

İnsan alveri ilə məşğul olan xanım 8 il müddətinə həbs edilib

Bakıda Samirə İbrahimovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb. O, 8 il müddətinə azadlıqdan məhrum edilib.

41 yaşlı İbrahimova Azərbaycanlı qadınları iş adı ilə Türkiyə və digər ölkələrə aparıb, onları cinsi istismara məruz qoyub.

Qeyd edək ki, Gəncə şəhər sakini olan xanım 2017-ci ildən axtarışda idi. Daha sonra o, Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilib.

Ən Çox Oxunan