Gəncəli idmançılar Vətənə medallarla dönüblər. Bu haqda 4 aprel tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən məlumat veririk.
Bakı şəhərində boks idman növü üzrə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq turnir keçirilib. Yarışa 11 ölkədən 100-ə yaxın boksçu qatılıb. Onların arasında Nizami yurdunun yetirmələri də mübarizə aparıblar. İdmançılarımızın nəticələri aşağıdakı kimidir:
- Faiq İman oğlu Mollayev (52 kq) – III yer;
- Rza Arzu oğlu Rzayev (70 kq) – III yer.