26.9 C
Gence
23.5 C
Ganja

Nizami yurdunun peşəkar idmançısı yüksək vəzifəyə təyin olunub

Gəncənin yetirməsinə yüksək vəzifə verilib. Bu haqda 2 iyun tarixində Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər veririk.

Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis polkovnik-leytenantı, Azərbaycan Cüdo Federasiyasının böyük məşqçisi, Göygöl Olimpiya İdman Kompleksinin direktoru, olimpiya oyunlarının bürünc medalçısı, “Tərəqqi” medallı Mövlud Mirəliyev Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi vəzifəsinə təyin edilib.