23.2 C
Gence
23.2 C
Gence

Nizami yurdunun hakimi Türkiyədə mükafatlandırılıb

Gəncənin yetirməsi beynəlxalq müsabiqədə təltif olunub. Bu haqda 26 may tarixində Gənclər və İdman Baş idarəsinə istinadən məlumat veririk.

Türkiyənin İstanbul şəhərində keçirilən “Turkish open” WAKO Dünya Kubokunda Kikboksinq üzrə yığmamız uğurlu çıxış edib. Burada hakim qismində istirak edən Nizami yurdunun yetirməsi, Əməkdar məşqçi, Region hakimlər komitəsinin sədri Beynəlxalq dərəcəli hakim Anar Məmmədov dəqiq və dürüst hakimliyinə görə Beynəlxalq WAKO təşkilatı tərəfindən mükafat alıb.

Qeyd edək ki, yeniyetmələr gənclər və böyüklər arasında çıxış edən Azərbaycan yığma komandası ümumilikdə 13 qızıl, 16 gümüş, 22 bürünc medal qazanıb.

Ən Çox Oxunan