Gəncədə anım mərasimi baş tutub. Bu haqda 10 noyabr tarixində Report-a istinadən məlumat veririk.
Türkiyənin Gəncədəki Baş Konsulluğunda Mustafa Kamal Atatürkün anım mərasimi keçirilib. Tədbir “Nuri Paşa” zalında təşkil olunub. Burada diplomatik nümayəndəliyin əməkdaşları ilə yanaşı, İcra Hakimiyyətinin rəhbərliyi, rəsmilər, ziyalılar, türkiyəli tələbələr iştirak ediblər.
Öncə Atatürkün və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib. Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop görkəmli liderin türk xalqı qarşısındakı tarixi xidmətlərindən bəhs edib.
Daha sonra Atatürklə bağlı videoçarx nümayiş olunub.