Gəncədə intihar hadisəsi qeydə alınıb. Bu haqda 17 may tarixində Oxu.az-a istinadən məlumat veririk.
Hadisə Nizami Gəncəvinin məqbərəsinin yanında baş verib. İlkin məlumata əsasən, 49 yaşlı Kəlbəcər sakini Nazim Məmmədov özünü asıb.
Əraziyə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.