16.9 C
Gence
16.9 C
Gence

Nizami Gəncəvinin məqbərəsində çatlar əmələ gəlib

Gəncədə dahi mütəfəkkirin məqbərəsi qəzalı vəziyyətdədir. Bu haqda 4 may tarixində Space TV-yə istinadən məlumat veririk.

Söhbət Nizami Gəncəvinin məqbərəsindən gedir. Zaman keçdikcə məqbərənin divarları aşınmaya məruz qalır, dərin çatlar əmələ gəlir və vaxt ötdükcə daha da dərinləşir. Problem getdikcə böyüyür. Aidiyyəti qurumların məsələyə müdaxiləsi qaçılmaz hal alıb.

Şəhər Tarix-Mədəniyyət Qoruğunun şöbə müdiri Xəqani İsrafilovun sözlərinə görə, məqbərənin özündə və ətrafındakı çatlara səbəb ərazidən keçən yol və avtomobillərin sürətli hərəkətidir. Dahi şairin məqbərəsinə aparan yolda vaxtilə körpü salınıb. Körpünün aşağı hissəsindən isə Bakı-Qazax magistral avtomobil yolu keçir. Xəqani İsrafilov deyir ki, yolda sürət 60 km/saatdan da aşağı salınmalıdır.

Daxili İşlər Nazirliyinin əməkdaşı Eşqin Qasımov bildirdi ki, məqbərənin yaxınlıqında sürət həddinin azaldılması üçün Gəncə şəhər Tarix-Mədəniyyət qoruğu və ya Mədəniyyət Nazirliyi rəsmi müraciət etməlidir.

Ən Çox Oxunan