24.8 C
Gence
24.8 C
Gence

Nizami Gəncəvinin şeirləri olan monoqrafiya işıq üzü görüb

Gəncədə Nizami Gəncəvinin lirik şeirlərinə həsr olunmuş monoqrafiya dərc edilib. Bu haqda Azərbaycan Milli Elmlər Akademiyası məlumat paylaşıb.

Akademiyanın Gəncə Bölməsinin Nizami Gəncəvi mərkəzinin direktoru Xəlil Yusifli “Nizami lirikası və …” adlı monoqrafiya yazıb. O, 7 oktyabr tarixində işıq üzü görüb. Professorun monoqrafiyası ilk dəfə 1968-ci ildə dərc olunub. Bu ilki nəşrə “Nizami ili” ilə əlaqədar Xəlil Yusiflinin müxtəlif dövrlərdə şairin həyatının tədqiqi ilə bağlı yazdığı  məqalələr də əlavə edilib.

Kitabın adı Şirvanşahlar dövlətinin hökmdarının Nizamiyə göndərdiyi məktubdan götürülüb.

Qeyd edək ki, Nizami Gəncəvi lirik şeirlər divanı ilə də məşhurdur. Onun şeirləri qəsidə, qəzəl və rübai janrlarında yazılıb.

Ən Çox Oxunan