20.3 C
Gence
15.5 C
Ganja

Nizami Gəncəvi məqbərəsində çatlar əmələ gəlib

Ötən əsrin tarixi tikilisində çatlar yaranır. Bu haqda məlumatı avqustun 29-u Xəzər Xəbər-ə istinadən məlumat veririk.

Nizami Gəncəvi məqbərəsində çatlar əmələ gəlib. Bildirilib ki, buna səbəb tikilinin önündən keçən magistral yolun üzərində inşa olunan körpüdür. Avtomobillərin hərəkəti nəticəsində yaranan titrəyişlər məqbərəni zədələyir.

2011-2012-ci illərdə aparılan təmir işləri zamanı körpünün daşıyıcı sütunlarının yanında gücləndirici dayaqlar qoyulub. Ancaq bu da zamanla yeni çatların yaranmasına mane ola bilməyib.

Məqbərə kompleksinin direktoru Gülnarə İsmayılova bildirib ki, artıq Mədəniyyət Nazirliyinin əlaqədar qurumları məqbərə kompleksində zəruri təmir işlərinin başlanması istiqamətində müvafiq işlər aparırlar.