Gəncədə bələdiyyə mülkləri hərraca çıxarılır. Bu haqda İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin saytında məlumat dərc edilib.
Müsabiqə dekabrın 1-i saat 15:00-da baş tutacaq. Gəncə şəhər Nizami rayon Bələdiyyəsinə məxsus hərraca çıxarılacaq əmlaklar aşağıdakılardır:
- 80 kv.m-lik sahə. Ərazi sahibkarlıq məqsədilə satılır;
- 450 kv.m-lik sahə. Ərazi fərdi yaşayış evinin tikintisi məqsədilə satılır;
- 403 kv.m-lik sahə. Ərazi fərdi yaşayış evinin tikintisi məqsədilə satılır;
- 236 kv.m-lik sahə. Ərazi fərdi yaşayış evinin tikintisi məqsədilə satılır;
- 651 kv.m-lik sahə. Ərazi fərdi yaşayış evinin tikintisi məqsədilə satılır;
- 316 kv.m-lik sahə. Ərazi fərdi yaşayış evinin tikintisi məqsədilə satılır;
- 336 kv.m-lik sahə. Ərazi fərdi yaşayış evinin tikintisi məqsədilə satılır;
- 311 kv.m-lik sahə. Ərazi fərdi yaşayış evinin tikintisi məqsədilə satılır;
- 623 kv.m-lik sahə. Ərazi fərdi yaşayış evinin tikintisi məqsədilə satılır;
- 592 kv.m-lik sahə. Ərazi fərdi yaşayış evinin tikintisi məqsədilə satılır;
- 394 kv.m-lik sahə. Ərazi fərdi yaşayış evinin tikintisi məqsədilə satılır;
- 500 kv.m-lik sahə. Ərazi fərdi yaşayış evinin tikintisi məqsədilə satılır.
Hərrac Heydər Əliyev meydanında yerləşən ƏMDX-nin Gəncə ərazi şöbəsində keçiriləcək. Əlaqə üçün (022) 256 87 57 nömrəsi qeyd olunub. Ərizələr 31 oktyabr – 30 noyabr 2022-ci il tarixlərində qəbul edilir.