20.8 C
Gence
20.8 C
Gence

Niyazi Bayramov yeniyetməyə velosiped bağışlayıb

Gəncədə məktəbliyə velosiped hədiyyə olunub. Bu haqda 17 may tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

İcra başçısı Niyazi Bayramov 10 may keçirilən Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş veloyürüşdə fəallığı ilə seçilən məktəbli Rihad Mustafayevlə görüşüb. O, 15 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi olan Rihada istəyinə görə velosiped hədiyyə edib.

Şəhər rəhbərliyi məktəbliyə Vətənə, dövlətə layiqli övlad olmağı arzulayıb. Yeniyetmə, öz növbəsində göstərilən diqqət və qayğıya görə dərin təşəkkürünü bildirib.

Ən Çox Oxunan