Gəncədə şəhər rəhbərliyi yardım toplama məntəqəsini ziyarət edib. Bu haqda 9 fevral tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
Bir neçə gündür şəhər sakinlərinin təşəbbüsü ilə Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlər üçün humanitar yardım toplanır. Bununla əlaqədar olaraq, “GALAKSİ Türk Tekstil” fabrikinin anbarında da yardım məntəqəsi yaradılıb. Sakinlər qardaş ölkəyə dəstək məqsədilə gün ərzində məntəqəyə yaxınlaşaraq yardımlar edirlər.
İcra başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri sözügedən məntəqədə olublar. Şəhər rəhbəri burada aidiyyəti üzrə tövsiyələrini verib.