10.3 C
Gence
10.3 C
Gence

Niyazi Bayramov yüksək bal toplayan məzunları təltif edib

Gəncədə yüksək bal toplayan məzunlarla görüş baş tutub. Bu haqda 6 sentyabr tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

Tədbirdə icra başçısı Niyazi Bayramov, millət vəkili Pərvin Kərimzadə, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev və təhsil işçiləri iştirak ediblər. Şəhər rəhbəri gəncləri təbrik edərək onlara gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb. Tədbirdə iştrak edən rəsmilər də abituriyentlərə sonrakı nailiyyətlərində uğurlar diləyiblər.

Daha sonra məzunlara hədiyyələr təqdim olunub. Niyazi Bayramov 39 nömrəli tam orta məktəbin ingilis dili müəllimi, 11B sinfinin rəhbəri Jalə Məmmədovanı təhsil sahəsindəki səmərəli fəaliyyətinə görə “Təşəkkürnamə” ilə təltif edib.

Sonda xatirə şəkli çəkdirilib.

Gəncə Şəhər İcra Hakimiyyətindən foto
Gəncə Şəhər İcra Hakimiyyətindən foto
Gəncə Şəhər İcra Hakimiyyətindən foto
Gəncə Şəhər İcra Hakimiyyətindən foto

Ən Çox Oxunan