13.6 C
Gence
13.6 C
Gence

Niyazi Bayramov sakinlərlə görüşüb

Gəncədə səyyar görüş keçirilib. Bu haqda 24 noyabr tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

İcra başçısı Niyazi Bayramov 39 nömrəli tam orta məktəbdə vətəndaşları qəbul edib. Görüşdə Millət vəkili Müşfiq Cəfərov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər.

Sakinlər onları narahat edən məsələləri səsləndiriblər. Müraciətlər arasında işlə təminat, fərdi evin sənədlərinin rəsmiləşdirilməsi, maddi yardımın göstərilməsi, su-kanalizasiya xətlərinin yenilənməsi və s. məsələlər üstünlük təşkil edib. Problemlərin aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib. Müraciətlərin bir çoxu yerindəcə həllini tapıb.

Ən Çox Oxunan