23.2 C
Gence
23.2 C
Gence

Niyazi Bayramov sakinlərlə görüşüb

Gəncədə səyyar qəbul baş tutub. Bu haqda 5 aprel tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

İcra başçısı Niyazi Bayramov Xarici Dillər Təmayüllü Gimnaziyada vətəndaşları qəbul edib. Onunla birgə görüşdə icra başçısı aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, bələdiyyə sədrləri iştirak ediblər.

Sakinlər onları narahat edən məsələləri səsləndiriblər. Onların arasında işlə təminat, maddi yardımın göstərilməsi və s. məsələlər üstünlük təşkil edib.

Müraciətlərin əksəriyyəti yerindəcə öz həllini tapıb, bəziləri isə araşdırılaraq həll edilməsi üçün qeydiyyata götürülüb.

Ən Çox Oxunan