Gəncədə şəhər rəhbərliyi zavodun tikintisi ilə tanış olub. Bu haqda 26 aprel tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
Gəncədə orqanik gübrə istehsalı zavodu inşa edilir. Bununla əlaqədar olaraq icra başçısı Niyazi Bayramov Aparatın məsul əməkdaşları ilə birgə “Azərbazalt” MMC-nin sifarişi ilə həyata keçirilən tikinti işləri ilə yerində tanış olub.
MMC-nin təsisçisi Rafət Əliyev şəhər rəhbərinə məlumat verərək bildirib ki, müəssisədə hazırda, anbar, qonaq evi, inzibati və digər yardımçı binaların tikinti işləri həyata keçirilir. Zavodda Göygöl rayonunun 10,8 hektar ərazisi olan Çaykənd yatağından çıxarılan bazalt emal ediləcək. İstehsal edilən məhsul yerli fermerlərin, aqronomların idxaldan asılılığını azaldacaq. Həmçinin gələcəkdə istehsal olunacaq məhsulun Avropa bazarına da ixracı nəzərdə tutulur.
Niyazi Bayramov orqanik gübrə istehsalı zavodunun tikintisi ilə tanış olub, öz tövsiyələrini verib və gələcək işlərdə uğurlar arzulayıb.