19.1 C
Gence
19.1 C
Gence

Niyazi Bayramov “Mehmanoğlu Yem və Taxıl” MMC-ni ziyarət edib

Gəncə ŞİH başçısı “Mehmanoğlu Yem və Taxıl” MMC-də görülən işlər və yaradılan şəraitlə yerində tanış olub. Bu haqda 2 may tarixində Gəncəxəbər.az Gəncə ŞİH-yə istinadən xəbər verir.

Niyazi Bayramov yaradılan şəraitlə yerində tanış olduqdan sonra müəssisə sahibi Mehman Kərimov şəhər rəhbərinə məlumat verərək bildirib ki, yeni yaradılan müəssisədə quş, iri və xırdabuynuzlu heyvanlar üçün yem istehsal edilir. Müəssisənin istehsal gücü saatda 10 ton təşkil edir. Bununla yanaşı, burada ümumi həcmi 30 min ton olan 4 ədəd taxıl saxlama çənləri quraşdırılıb.

Niyazi Bayramov “Mehmanoğlu Yem və Taxıl” MMC-də quraşdırılan avadanlıqlar və yaradılan iş şəraiti ilə yaxından tanış olub, öz tövsiyələrini verib, müəssisənin fəaliyyətinə uğurlar arzulayıb.

Qeyd edək ki, ilkin olaraq 20 nəfərin işlə təmin edildiyi müəssisədə işçi sayının 30-a çatdırılması nəzərdə tutulur.

Ən Çox Oxunan