Gəncə şəhər icra başçısı şəhid valideynlərinin yas mərasimlərində iştirak edib. Bu haqda Gencexeber.az 26 oktyabr tarixində ŞİH-yə istinadən məlumat verir.
Niyazi Bayramov rəsmilərlə birgə 22 və 24 oktyabr 2022-ci il tarixlərində I Qarabağ müharibəsi zamanı şəhid olan Faiq Tağıyevin anası Fatimə Rüstəmovanın və şəhid Araz Abdullayevin atası Hüseyn Abdullayevin yas mərasimlərində iştirak edib. Şəhər rəhbəri hər iki mərhumun ailə üzvləri ilə görüşüb, onlara başsağlığı verib, qayğıları ilə maraqlanıb. Hər iki şəhidin valideyninin ruhuna dualar oxunub.
Xatırladaq ki, Tağıyev Faiq Mirəli oğlu 7 sentyabr 1992-ci ildə, Abdullayev Araz Hüseyn oğlu isə 3 iyul 1992-ci ildə şəhid olublar.