15.3 C
Gence
15.3 C
Gence

Niyazi Bayramov “Gəncə” BK-nın üzvləri ilə görüşüb

Gəncədə basketbol klubunun üzvləri ilə görüş olub. Bu haqda 3 aprel tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

İcra başçısı Niyazi Bayramov Azərbaycan Kubokunun qalibi olan “Gəncə” BK-nın üzvləri ilə görüş keçirib. Tədbirdə Millət vəkili Müşfiq Cəfərov, Gənclər və İdman Baş idarəsinin rəisi, aparatın məsul əməkdaşları, klubun məşqçiləri və üzvləri iştirak ediblər.

Şəhər rəhbəri ilk dəfə keçirilən yarışda komandanın əldə etdiyi nailiyyəti yüksək qiymətləndirib və bunun Gəncə idmanı adına xüsusi uğur olduğunu vurğulayıb. Niyazi Bayramov komandanı əldə etdiyi qələbə münasibətilə təbrik edib və uğurlar arzulayıb. Komandanın kapitanı Amil Həmzəyev kubokun ilk sahibində həmişəlik qalacağını bildirib.

Sonda Niyazi Bayramova komandanın forması hədiyyə olunub. Bununla yanaşı, şəhər rəhbəri ev oyunlarına dəvət edilib.

Ən Çox Oxunan