26.9 C
Gence
23.5 C
Ganja

Niyazi Bayramov Ekoloji Park Kompleksindəki işlərlə tanış olub

Gəncədə şəhər rəhbərliyi Ekoloji Park Kompleksini ziyarət edib. Bu haqda 7 yanvar tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

Niyazi Bayramov tikilməkdə olan kompleksdə aparılan işlərlə tanış olub. Bildirilib ki, hazırda ümumi sahəsi 2100 kvadratmetr olan 3 mərtəbəli oranjereya binasının inşası davam etdirilir. Tikilinin əsas hissəsi dəmir, beton, metal və şüşə-vitraj konstruksiyalarından yığılacaq. Burada müxtəlif gül, çiçək, ağac və digər nadir bitki növləri yetişdiriləcək.

Ekoloji Park Kompleksi 11 hektar ərazidə yaradılır. Burada əyləncə mərkəzləri, idman qurğuları, iaşə obyektləri, müxtəlif növ balıqlar üçün akvariumlar tikiləcək.

Niyazi Bayramov Ekoloji Park Kompleksində aparılan işlərlə tanış olduqdan sonra müvafiq tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, bu, Qərb bölgəsində yaradılacaq ilk Ekoloji Park Kompleksi olacaq.