14.7 C
Gence
14.7 C
Gence

Niyazi Bayramov Dünya və Avropa çempionu olmuş idmançımızla görüşüb

Gəncə şəhərinin icra başçısı Vüsal Ağalarovla görüşüb. Bu haqda 30 sentyabr tarixində İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsinə istinadən məlumat veririk.

Görüşdə Niyazi Bayramova Vüsal Ağalarovun poverliftinq üzrə 1 qat Dünya, 2 qat Avropa, 16 qat Respublika çempionu olduğu haqda məlumat verilib. Həmçinin qeyd olunub ki, idmançımız cari ilin 2-5 noyabr tarixlərində Dünya Poverliftinq Konqresinin açıq Dünya Çempionatına dəvət alıb. Yarış ABŞ-nin Florida ştatının Orlando əyalətində baş tutacaq.

Daha sonra icra başçısı Vüsal Ağalarova sözügedən yarışda iştirak etməsi üçün müvafiq köməkliyin göstəriləcəyini bildirib.

Qeyd edək ki, idmançımız I Qarabağ müharibəsi şəhidi Vahid Ağalarovun qardaşıdır.

Ən Çox Oxunan