16.4 C
Gence
16.4 C
Gence

Niyazi Bayramov bir sıra uşaqları təltif edib

Gəncədə uşaqlarla görüş keçirilib. Bu haqda 16 noyabr tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

Niyazi Bayramov Zəfər Gününə həsr olunmuş tədbirlərdə fəal iştirak edən uşaqlarla görüşüb. Silsilə tədbirlərdə Gəncə Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələri, “Xəmsə” Uşaq Rəqs Ansamblının üzvləri və Gəncə şəhərinin balaca gimnastları aktiv iştirak ediblər.

Tədbirdə Məhəbbət Ağayeva, Sənan Cavadovun rəhbərliyi ilə “Xəmsə” Uşaq Rəqs Ansamblı, Ulduz Nəbili, Zülfiyyə Ələkbərova, Zəhra Cəfərli və Səma Orucova Təşəkkürnamə ilə təltif olunublar. Həmçinin görüşdə iştirak edən bütün uşaqlara maraqlı kitablar və müxtəlif hədiyyələr verilib.

Ən Çox Oxunan