Beynəlxalq İdman Atıcılığı Federasiyasının nümayəndələri Gəncəyə səfər ediblər. Bu haqda 5 avqust tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
Niyazi Bayramov Beynəlxalq İdman Atıcılığı Federasiyası (ISSF) Texniki Komitəsinin üzvü və Texniki Direktoru Vilhelm-Xaver Qrill və Arxitektor Rozan Batista Ramosla hazırda inşası davam edən Gəncə İdman Sarayında görüşüb. Onlar tikinti ilə tanış olublar. Qonaqlar görüləcək işlər barədə məlumatlandırılıb. Burada beynəlxalq yarışların keçirilməsinin mümkünlüyü qeyd olunub. Görüşdə atıcılıq üzrə Avropa çempionatının Gəncə İdman Sarayında təşkil edilməsi barədə müzakirələr aparılıb.
Daha sonra onlar Gəncə Dövlət Dram Teatrının yeni istifadəyə verilmiş binası ilə də tanış olublar.

