Gəncədə talassemiya və hemofiliya xəstələrinin sayı açıqlanıb. Bu haqda 3 noyabr tarixində Gancapost.info-ya istinadən məlumat veririk.
Məlumat Mərkəzi Qan Bankının Gəncə bölməsi tərəfindən verilib. Belə ki, hazırda bölmə üzrə 60 talassemiya, 20 nəfər isə hemofiliya xəstəsinin qeydiyyatda olduğu bəlli olub.
Bundan başqa, bölməyə gün ərzində könüllü olaraq 20-yə yaxın donor qan verməyə gəlir. Bildirilib ki, I və II qan qrupuna daha çox ehtiyac var.